#Sittülərəb bint Əhməd nəsli

Yaşadığı dövrün tanınmış mühəddislərindən idi. Şeyx Əbu İshaq İbrahim Urməvinin (öl. 1292) nəticəsi, Əbu Abdullah Muhəmməd Urməvinin (öl. 1312) isə nəvəsi idi. H. 735-ci ildə (1334) alim ailəsində anadan olmuşdu. Onun anası Zeynəb məşhur mühəddislərdən birinin qızı idi. Təəssüf ki, Şəmsəddin Səxavi bu şəxsin adını sadəcə "Kamaləddin" olaraq qeyd etmişdir.