#İran razılaşması ilə bağlı yayılan xəbərlər

Qətər Xarici İşlər Nazirliyi İranla razılaşmanın yekunlaşdırılması üçün Tehrana 12 milyard dollar təklif edilməsi ilə bağlı yayılan məlumatları təkzib edib. Nazirliyin sözçüsü Macid Əl-Ənsari ABŞ mənşəli sosial şəbəkə platformasında paylaşdığı açıqlamada iddiaların tamamilə əsassız olduğunu bildirib.