#İsrael Katz

Israil bazar günü Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib. Hücumlarda 6 nəfərin öldüyü, 86 nəfərin yaralandığı bildirilir. Husilərin idarə etdiyi Əl-Məsirə televiziyasının məlumatına görə, Husi hökumətinə bağlı Yəmənin Səhiyyə Nazirliyi dünənki hücumlarla bağlı yazılı açıqlama yayıb. Açıqlamada, “Düşmən İsrail təyyarələrinin Sənaya hücumları nəticəsində ölən şəhidlərin sayı 6-ya, yaralıların sayı isə 86-ya yüksəlib.“ - deyə bildirilib. Husi hökumətinin Səhiyyə Nazirliyinin sözçüsü Anis əl-Əsbahi dünən gecə İsrailin hava hücumları nəticəsində 4 nəfərin öldüyünü, 67 nəfərin yaralandığını açıqlayıb.

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tomas Barrak İsrailə səfər edərək ölkənin baş naziri Benyamin Netanyahu ilə görüş keçirib. Bu barədə Axios portalı məlumat yayıb. “ABŞ-ın xüsusi nümayəndəsi Tom Barrak İsrailə səfərə gəlib və Netanyahu ilə görüşərək ABŞ prezidenti Donald Trampın İsrailə Livana endirilən zərbələri məhdudlaşdırması ilə bağlı xahişini, həmçinin Suriya ilə aparılan danışıqları müzakirə edib” - deyə, məlumatda qeyd olunub.

Məlumata görə, təşkilata üzv ölkələrin xarici işlər nazirləri İsrailin hücumlarını və Qəzzanı tam işğal etməyə dair planlarını müzakirə edəcəklər. İclasda İsrailin həyata keçirdiyi işğal, kütləvi qətl, blokada, aclıq təhlükəsi və əhalinin məcburi köçürülməsi kimi beynəlxalq hüquqa zidd addımlarına qarşı ortaq mövqenin müəyyənləşdirilməsi nəzərdə tutulur.

İsrail ordusu Qəzza şəhərinə hücumun ilkin mərhələsinə başlayıb. Bu barədə İsrail ordusunun sözçüsü Efi Dferin yerli mediaya açıqlama verib. “Qəzza şəhərində HƏMAS-a qarşı zərbələrimizi daha da gücləndirəcəyik. Hazırlıq əməliyyatlarına start vermişik. Girovların azad olunması üçün siyasi rəhbərliyin göstərişlərinə uyğun şərait yaradacağıq”, – deyə o bildirib.

Qəzzada davam edən müharibə fonunda atəşkəs danışıqları yenidən gündəmə gəlib. Qətər, HƏMAS-ın Ərəb ölkələrinin təqdim etdiyi təklifə “olumlu cavab” verdiyini açıqlayaraq atəşkəsin təcili şəkildə təmin olunmasının vacibliyini vurğulayıb.

İsrailin müdafiə naziri İsrael Kats Qəzza şəhərinə nəzarəti ələ keçirməyi nəzərdə tutan hərbi planı təsdiqləyib və 60 minə yaxın ehtiyat əsgərin çağırılması barədə göstəriş verib. Bu barədə çərşənbə günü Müdafiə Nazirliyi məlumat yayıb. İsrael Kats “İsrail ordusunun Qəzza şəhərinə hücum planını” təsdiqləyib və “tapşırığın icrası üçün tələb olunan ehtiyat qüvvələrin çağırışına” razılıq verib.

Katz iyunda baş verən 12 günlük İsrail-İran müharibəsi zamanı onu öldürməklə hədələyən Xameneiyə , “gizləndiyi yerdən başını qaldırıb, göyə baxaraq bütün səs-küyə diqqətlə qulaq asmağı” tövsiyə edib. Bu, İsrail pilotsuz təyyarələrinin fəaliyyəti ilə bağlı işarə kimi qəbul edilir. Nazirin bu açıqlaması Tehran tərəfindən yayılan, İsrailin yüksək rütbəli rəsmilərinin sui-qəsd hədəfi kimi göstərildiyi infoqrafikaya cavab olaraq verilib. Bu qrafik müharibə dövründə İran rəsmilərinin qətllərini ictimailəşdirmək məqsədilə istifadə olunur.