İraq Prezidenti Nizar Amidi ölkədə silahların yalnız dövlətin nəzarətində olması prosesi çərçivəsində 2-3 silahlı qrupun hələ silahlarını təhvil vermədiyini, danışıqların isə davam etdiyini bildirib. Amidinin sözlərinə görə, İraq Konstitusiyası silahların dövlətin əlində cəmləşdirilməsini tələb edir. O, Haşdi Şabi qüvvələrini və digər silahlı qrupları silahlarını təhvil verməyə, təhlükəsizlik qüvvələrinə inteqrasiya olunmağa və siyasi prosesdə iştirak etməyə çağırıb.
#İraq hökuməti
İraq Kürdüstan bölgəsinin baş naziri Məsrur Bərzani bölgəsinin heç bir regional münaqişənin tərəfi olmaq istəmədiyini bildirib. O, ABŞ və İsrailin İranla müharibəsinə qoşulmaları üçün İraq kürdlərinə heç bir tərəfin təzyiq göstərmədiyini deyib. Bərzani Kürdüstan bölgəsinin əsas məqsədinin öz təhlükəsizliyini təmin etmək olduğunu vurğulayıb. O, silahların yalnız rəsmi təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılması məsələsində İraq hökumətini dəstəklədiklərini bildirib. Baş nazirin sözlərinə görə, Kürdüstan bölgəsi mindən çox raket və pilotsuz uçuş aparatı hücumuna məruz qalıb. Bərzani hücumların bir hissəsinin İrandan, digər hissəsinin isə İraqdakı bəzi silahlı dəstələr tərəfindən həyata keçirildiyini bildirib. O, Kürdüstan bölgəsinin İsraillə heç bir əlaqəsinin olmadığını vurğulayıb. Bərzani həmçinin son 10 ildə Hərir hərbi hava bazasında ABŞ hərbçilərinin olmadığını deyib.
Bu təhlil İraqda silahlı qruplaşmaların tərksilah edilməsi problemini hazırkı siyasi və təhlükəsizlik mənzərəsinin ən həssas dosyelərindən biri kimi nəzərdən keçirir. Mövzunun əhəmiyyəti təkcə birbaşa təhlükəsizlik ölçüsü ilə məhdudlaşmır. Bu məsələ birbaşa dövlətin öz təbiətinə uzanır. Söhbət İraq dövlətinin güc alətlərini inhisara almaq, qanunun aliliyini möhkəmləndirmək və rəsmi təsisatlarla silahlı birləşmələr arasındakı münasibətləri yenidən nizamlamaq qabiliyyətindən gedir.
İraq hökuməti korrupsiya araşdırmaları çərçivəsində həbs siyahısına salınan bəzi şəxslərə güzəşt edilməsi barədə İranın müraciətlərini rədd edib. İki rəsmi mənbənin verdiyi məlumata görə, Bağdad rəsmi Tehrana xəbərdarlıq edərək, Bağdadda mütəmadi olaraq gizli görüşlər keçirən İran rəsmilərinin səfərlərinin yalnız rəsmi diplomatik kanallarla nizamlanmasını tələb edib.
İraqda korrupsiya ittihamı ilə yüksək vəzifəli şəxslərə qarşı aparılan genişmiqyaslı həbslər fonunda ölkənin son onilliklərdə korrupsiya səbəbindən nə qədər iqtisadi zərərə məruz qaldığı yenidən gündəmə gəlib. İraq hökumətinin açıqlamasına görə, indiyədək maliyyə və inzibati korrupsiya işləri üzrə 21 yüksək vəzifəli şəxs saxlanılıb. Digər şübhəlilərin tutulması istiqamətində hüquq-mühafizə orqanlarının əməliyyatları davam edir.
İraq hökuməti silahların yalnız dövlətin əlində cəmləşdirilməsini nəzərdə tutan öz xüsusi proqramının icrasını qətiyyətlə davam etdirəcəyini yenidən bəyan edib. Bu ərəfədə bəzi silahlı qruplaşmalar rəsmi orqanlarla əməkdaşlıq etməyə hazır olduqlarını nümayiş etdirsələr də, digər qruplaşmalar bu addımları rədd edərək, prosesi "müqavimət silahı"na qarşı yönəlmiş bir hədəf kimi qiymətləndiriblər.
İraqın yeni Baş naziri Əli əl-Zeydi vəzifəsinin icrasına rəsmi olaraq başladıqdan sonra ölkənin iqtisadi, təhlükəsizlik və dövlət idarəçiliyi sahələrində genişmiqyaslı islahatlar həyata keçirəcəyini açıqlayıb.
İraqda yeni hökumətin formalaşdırılması prosesi yekunlaşıb və Baş nazir və kabinet üzvləri parlamentdə keçirilən səsvermə nəticəsində etimad qazanaraq rəsmi şəkildə vəzifəyə başlayıblar.