#ABŞ-İran nüvə qarşıdurması 2026

ABŞ Prezidenti Donald Tramp "Fox News" şəbəkəsinə müsahibəsində rəsmi Tehranın nüvə ambisiyalarına qarşı ən sərt xəbərdarlıqlarını ünvanlayıb. Prezident bildirib ki, İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək, çünki onun fikrincə, İran rəhbərliyi bu silahı İsrailə, Yaxın Şərqə və Avropaya qarşı istifadə edəcək qədər "divanədir". VOA xəbər verir ki, Tramp həmçinin əlavə edib ki, əgər İran nüvə bombasına sahib olsa, ondan ABŞ-a qarşı da istifadə edəcək.