ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İran məsələsində Çinin köməyinə ehtiyac duymur və Pekindən bu istiqamətdə yardım istəmir. Rubio, NBC-yə verdiyi müsahibədə, ABŞ və Çin liderlərinin Hörmüz boğazı ilə bağlı ortaq mövqe müəyyənləşdirdiklərini qeyd edib. O, həmçinin İranın nüvə silahı sahəsindəki fəaliyyətinə qarşı olduqlarını və boğazın hərbiləşdirilməsini qəbul etmədiklərini vurğulayıb.