Məqalədə Azərbaycanın dövlətçilik tarixində siyasi varislik modelinin rolu və Heydər Əliyev faktorunun ölkənin sabitlik, inkişaf və Zəfər fəlsəfəsinin formalaşmasındakı əhəmiyyəti təhlil olunur. Yazıda vurğulanır ki, Heydər Əliyev–İlham Əliyev siyasi xətti Azərbaycanı regional liderə çevirən strateji dövlətçilik modeli kimi qiymətləndirilir.
#AzərbaycanDövlətçiliyi
Quba şəhərində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki rolu vurğulanıb, onun ideyalarının bu gün də cəmiyyətin və gənclərin inkişafında mühüm əhəmiyyət daşıdığı bildirilib.
Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Heydər Əliyev Azərbaycandır!” adlı konfrans keçirilib. Tədbirdə rayon rəhbərliyi, millət vəkilləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak edib, Ulu Öndərin dövlətçilik irsi və Prezident İlham Əliyev tərəfindən davam etdirilən inkişaf strategiyasının əhəmiyyəti vurğulanıb. Konfrans çərçivəsində sərgi təşkil olunub və Heydər Əliyevin həyatına həsr edilən sənədli film nümayiş etdirilib.