İsrail ordusunun İordan çayının qərb sahilində keçirdiyi əməliyyatlar zamanı bir nəfər həyatını itirib, onlarla şəxs saxlanılıb. Səhər saatlarında Ramallah yaxınlığındakı Səlvad qəsəbəsində keçirilən əməliyyat zamanı 37 yaşlı Əbdülhəlim Ruhi Həmmad güllələnərək öldürülüb.