#təhlükəsizlik danışıqları

Livan və İsrail hərbi nümayəndə heyətləri Vaşinqtonda təhlükəsizlik məsələlərini müzakirə etmək üçün bir araya gələcək. Livan tərəfi görüşdə davamlı atəşkəsin təmin olunmasını, İsrail hücumlarının dayandırılmasını və dövlətin ölkə üzrə təhlükəsizlik üzərində tam nəzarət planını təqdim etməyi planlaşdırır. İsrail tərəfi isə danışıqlarda təhlükəsizlik məsələləri və sərhəd vəziyyəti ilə bağlı mövqeyini ortaya qoyacaq. Görüş regionda gərginliyin davam etdiyi və Hizbullahın gələcək rolu ətrafında müzakirələrin intensivləşdiyi bir dövrdə keçirilir.

Pakistan ordusunun rəhbəri, feldmarşal Asim Munirin yüksək səviyyəli nümayəndə heyəti ilə Tehrana səfəri regionda diqqətlə izlənilir. Səfər Pakistanın daxili işlər naziri Möhsin Nəqvinin İran rəsmiləri ilə keçirdiyi intensiv danışıqlardan sonra baş tutub. Analitiklər hesab edirlər ki, bu addım ya diplomatik prosesin yeni mərhələyə keçdiyini, ya da mümkün razılaşmanın təhlükəsizlik aspektlərinin müzakirə olunduğunu göstərə bilər.

ABŞ vitse-prezidenti bu gün Pakistanla bağlı kritik danışıqlarda iştirak etmək üçün səfərə yola düşür. Məlumata əsasən, səfərin əsas məqsədi regionda davam edən gərginlik fonunda aparılan danışıqlarda iştirak etməkdir. Görüşlərin konkret gündəliyi açıqlanmasa da, onların təhlükəsizlik və diplomatik məsələləri əhatə edəcəyi ehtimal olunur.