#İstanbulda qeydiyyatdan keçən İran şirkətləri

2026-ci ilin yanvar-mart ayında Türkiyədə İran kapitalı ilə 109 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 82 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran şirkətlərinin məcmu kapitalı 214 milyon 10 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 73 milyon 60 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.