#Honda ABŞ

Cari ilin yanvar ayında Honda şirkəti "Base Station" (Baza Stansiyası) adlı futuristik yedəkli kamp-baqajı (karavan) təqdim edərək hamını təəccübləndirmişdi. Bu yüngül və universal qoşqu, sahibinin istəyinə uyğun olaraq kondisionerdən tutmuş duş sisteminə, eləcə də çarpayıya çevrilən divana qədər modulyar funksiyalarla təchiz edilib. O zaman Hondanın bu konsepti istehsalata buraxmaqda nə dərəcədə ciddi olduğu barədə detallar az idi.