İran dövlət televiziyasının verdiyi son məlumata görə, İslamabadda səfərdə olan İran nümayəndə heyəti Pakistanın Baş naziri Şahbaz Şərif ilə keçirilən görüşdə Tehranın rəsmi sülh təkliflərini və danışıqlarda keçilməz hesab etdiyi "qırmızı xətlərini" təqdim edib.
#Pakistan vasitəçilik missiyası
Fransa və Pakistanın xarici işlər nazirləri arasında baş tutan telefon danışığında İslamabad danışıqları və regional təhlükəsizlik məsələləri müzakirə edilib. Fransa Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, tərəflər ABŞ və İran arasındakı atəşkəs prosesinin Livanı da əhatə etməsinin vacibliyi barədə həmfikirdirlər.