Tayvan ABŞ Prezidenti Donald Trampın adanın rəsmi müstəqilliyi ilə bağlı xəbərdarlığından sonra öz suveren mövqeyini bir daha vurğulayıb. Tayvan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda adanın demokratik, müstəqil və suveren dövlət olduğunu bildirib və onun Çin Xalq Respublikasına tabe olmadığını qeyd edib.