#Təchizat zənciri

Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi Niderlandın xarici işlər naziri Tom Berendsen ilə telefon danışığı aparıb. Tərəflər Hörmüz boğazında dəniz nəqliyyatının bərpası istiqamətində görülən diplomatik işləri müzakirə ediblər. Danışıq zamanı enerji, nəqliyyat və təchizat zəncirlərində əməkdaşlığın genişləndirilməsi də gündəmdə olub. Məlumat Omanın Xarici İşlər Nazirliyi tərəfindən yayılıb. Tərəflər regional sabitliyin iqtisadi əlaqələr üçün əhəmiyyətini vurğulayıblar. Görüşdə logistika sahəsində koordinasiyanın artırılması məsələləri də müzakirə edilib. Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunması əsas mövzulardan biri olub.

BMT-nin Ticarət və İnkişaf üzrə qurumu Hörmüz boğazındakı böhranın qlobal iqtisadiyyata təsiri ilə bağlı yeni hesabat yayıb. Hesabatda bildirilib ki, boğazın yenidən açılması enerji bazarlarında müəyyən sabitlik yaratsa da, həssas ölkələr ərzaq və yanacaq qiymətlərinin artımından uzun müddət təsirlənə bilər. Qurum təchizat zəncirlərinin tam bərpasının vaxt aparacağını vurğulayıb. Məlumata görə, nəqliyyat və ərzaq sistemlərinin normallaşması enerji bazarlarından daha gec baş verəcək. Hörmüz boğazında 100 gündən artıq davam edən fasilələr qlobal ticarətə ciddi təsir göstərib. Dünyada neft və təbii qaz daşımalarının mühüm hissəsi bu marşrutdan həyata keçirilir. BMT mövcud vəziyyətin xüsusilə həssas iqtisadiyyatlar üçün risk yaratmağa davam etdiyini bildirib.

Müasir iş dünyasında qərar qəbul etmə otaqlarında artıq "qarşıdakı fürsətlər nələrdir?" sualı deyil, "bizi qəfil vura biləcək risklər hansılardır?" sualı hakimdir. Bir zamanlar fürsətlər qapısı açan "qloballaşma" anlayışı, bu gün transmilli şirkətlərin "Axilles dabanı"na çevrilib. "Wall Street" və Silikon Vadisinin nəhəngləri artıq sadəcə texnoloji inkişafdan deyil, hərbi əməliyyat otaqlarını xatırladan bir gərginliklə siyasi xəritələrdəki dəyişikliklərdən danışırlar.