ABŞ Maliyyə naziri Skott Bessent Hörmüz boğazında mümkün “rüsum sistemi”nin yaradılmasına qarşı sərt xəbərdarlıq edərək Vaşinqtonun belə addımlara dözməyəcəyini bildirib. ABŞ administrasiyası bu prosesdə iştirak edən tərəflərə qarşı “aqressiv sanksiyalar” tətbiq etməyə hazır olduğunu açıqlayıb. Ekspertlər hesab edirlər ki, Hörmüz boğazı ətrafında yaranan gərginlik qlobal enerji bazarları və beynəlxalq ticarət üçün ciddi risklər yarada bilər.
#Qlobal ticarət
NATO baş katibi Mark Rutte Hörmüz boğazında təhlükəsizliyin qorunmasının vacibliyini vurğulayaraq İranı naviqasiya azadlığına qarşı fəaliyyətlərdə ittiham edib. O bildirib ki, strateji su yollarının açıq qalması və beynəlxalq tranzitin təmin olunması üçün dövlətlər arasında koordinasiyalı əməkdaşlıq zəruridir.
ABŞ Mərkəzi Komandanlığı İran limanlarına qarşı tətbiq olunan dəniz blokadası nəticəsində 65 kommersiya gəmisinin marşrutunun dəyişdirildiyini açıqlayıb. İran isə Hörmüz boğazına nəzarətin tam şəkildə öz əlində olduğunu bildirərək, İran İnqilab Keşikçiləri Korpusunun icazəsi olmadan heç bir gəminin keçidinə imkan verilmədiyini bəyan edib.
Beynəlxalq Dəniz Təşkilatı (IMO) Hörmüz boğazından gəmilərin təhlükəsiz və sərbəst keçidini təmin etmək üçün diplomatik səylərini gücləndirib. Təşkilatın Baş katibi "Bloomberg" agentliyinə verdiyi müsahibədə bildirib ki, İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiq etməsinə icazə verilməsi dünya dənizçilik tarixində təhlükəli bir presedent yarada bilər. O vurğulayıb ki, beynəlxalq sularda naviqasiya azadlığı qorunmalı və kommersiya gəmilərinin hərəkətinə qanunsuz məhdudiyyətlər qoyulmamalıdır.