Azərbaycanın paytaxtı aprel ayında növbəti möhtəşəm avtomobil tədbirinə ev sahibliyi etməyə hazırlaşır. 10-12 aprel tarixlərində "Park Bulvar" ticarət mərkəzində Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) təşkilatçılığı ilə "Yaponiya Avtomobilləri Festivalı" baş tutacaq.