#Model T xüsusiyyətləri

7 aprel 1947-ci ildə dünya sənaye tarixinin ən mühüm simalarından biri, "Ford Motor Company"nin qurucusu Henri Ford vəfat edib. Henri Ford sadəcə bir iş adamı deyil, həm də müasir sənaye üsullarının və orta təbəqənin həyat tərzini dəyişən "Fordizm" sisteminin yaradıcısıdır. Onun 1908-ci ildə təqdim etdiyi "Model T" avtomobili nəqliyyatda inqilab edərək, maşını lüks əşyadan hər kəsin ala biləcəyi bir vasitəyə çevirdi.