#Dağıstan

Azərbaycanın "İsfa" MMC şirkəti Dağıstanda aqropark layihəsinə başlayıb. Layihə Dərbənd rayonunda həyata keçiriləcək. İlk mərhələdə 100 hektar zeytun bağı salınacaq, gələcəkdə sahə 300 hektara çatdırılacaq. Zeytun tingləri Yevlax Pilot Aqroparkında yetişdirilib. Şirkət suvarma sistemlərinin qurulmasını da öz üzərinə götürüb. Növbəti mərhələdə gündəlik 100 ton gücündə zeytun yağı emalı zavodunun tikilməsi planlaşdırılır. Hazırda layihə üzrə hazırlıq işləri davam edir.

Son illərdə qarışıq döyüş sənətləri (MMA) dünyasında bir bölgənin adı digərlərindən daha çox hallanır – Dağıstan. Rusiya Federasiyasının Şimali Qafqazda yerləşən bu respublikası əhalisinin sayına görə böyük olmasa da, yetişdirdiyi döyüşçülərin sayı və qazandığı uğurlar baxımından dünya idman tarixində xüsusi yer tutmağa başlayıb. Bu gün UFC, Bellator, PFL və digər nüfuzlu təşkilatlarda çıxış edən onlarla dağıstanlı idmançı MMA-nın ən güclü nümayəndələri hesab olunur.

Zaur bəy Daqirov Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş 100 istedadlı gəncdən biridir. O, həm də Dağıstan mədəniyyət tarixində ilk opera müğənnisi kimi tanınır. Səhnədə Zaur Daqir təxəllüsü ilə çıxış edərək dramatik tenor səsi ilə şöhrət qazanmışdır.

UFC-nin (Ultimate Fighting Championship) himayəsi altında çıxış etmiş, yüngül çəkidə keçmiş mütləq dünya çempionu Həbib Nurməhəmmədov 20 sentyabr 1988-ci ildə Dağıstanda doğulub. Milliyətcə avardır. Sherdog reytinqi onu həm öz çəki dərəcəsində, həm də çəkisindən asılı olmayaraq (P4P) dünyanın ən yaxşı döyüşçüsü kimi birinci yerə layiq görüb.

Şeyx Şamil Şimali Qafqaz imamətinin – Dağıstan və Çeçenistan dağlılarının birliyinin başçısı idi. O, 1797-ci ildə Dağıstanın Gimri kəndində anadan olub. Təhsilini qayınatası, Nəqşibəndi şeyxi Cəmaləddin Qazi Kumiki yanında almış, daha sonra imamətə rəhbərlik edən Qazi Məhəmməd və Həmzət Bəyin müşaviri kimi fəaliyyət göstərmişdir.