#Hacı Merkel və Əhməd əş-Şərə fotosu haqqında həqiqətlər

Suriya Prezidenti Əhməd əş-Şəraanın bu həftə Almaniyaya baş tutan rəsmi səfəri fonunda sosial media platformalarında yayılan bir fotoşəkil geniş müzakirələrə və dezinformasiyaya səbəb olub. Şəkildə Prezident Şəraa ilə Almaniyanın sabiq kansleri Angela Merkelin masa arxasında çay içərək səmimi söhbət etdiyi əks olunsa da, aparılan texniki araşdırmalar bu görüntünün reallığı əks etdirmədiyini ortaya qoyub.