#Son dəqiqə: UNIFIL-in İndoneziya kontingenti Cənubi Livanda itki verib

İndoneziya hökuməti BMT-ni Cənubi Livanda UNIFIL sülhməramlı kontingentinin tərkibində xidmət edən 3 əsgərinin ölümü ilə bağlı təcili beynəlxalq təhqiqat açmağa çağırıb. İndoneziya Xarici İşlər Nazirliyinin BMT-dəki nümayəndəsi Ömər Hadi Təhlükəsizlik Şurasının fövqəladə iclasında hadisənin birbaşa BMT tərəfindən araşdırılmasını və məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edib.