#qaçqın

İstanbulda 21 iyun 2024-cü il tarixində “Türkiye Cumhuriyeti Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı Yaxın Şərqdə Fələstin Qaçqınları üçün Yardım və İnkişaf Agentliyi (UNRWA) arasında Ankara şəhərində UNRWA ofisinin yaradılmasına dair anlaşma” imzalanıb. Bu barədə qərar Türkiye Resmi Gazete-də çap olunub. Anlaşmaya əsasən, Ankara şəhərində UNRWA-nın ofisi fəaliyyət göstərəcək və regional proqramların koordinasiyasını təmin edəcək. Bu addım həm Türkiyə ilə BMT arasındakı əməkdaşlığın güclənməsinə, həm də Fələstin qaçqınlarına göstərilən dəstəyin genişləndirilməsinə xidmət edəcək.

BMT-nin Myanma üzrə Müstəqil İstintaq Mexanizminin rəhbəri Nikolas Koumjian Banqladeşə sığınan bir milyondan çox Rohinca müsəlmanının onlara qarşı zorakılıqlar dayanmadan və məsul şəxslər məhkəmə qarşısına çıxarılmadan Myanmaya təhlükəsiz şəkildə qayıda bilməyəcəyini bildirib. BMT-nin açıqlamasında qeyd olunub ki, son 18 ayda Rakhayn əyalətində artan zorakılıqlar nəticəsində təxminən 150 min nəfər əlavə olaraq Banqladeşə sığınıb. İstintaq Mexanizmi kəndlərin yandırılması, qətllər, işgəncələr və zorlamalarla bağlı yeni araşdırmalara başlayıb.

Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin məlumatına görə, 8 dekabr 2024-cü ildən bu yana həyata keçirilən təhlükəsiz, könüllü, ləyaqətli və nizamlı qayıdış prosesi çərçivəsində yüz minlərlə suriyalı evinə dönüb. 2016-cı ildən indiyədək könüllü olaraq geri dönənlərin ümumi sayı 1 milyon 151 min 652 nəfərə çatıb. Hazırda Türkiyədə müvəqqəti qoruma altında 2 milyon 543 min 711 suriyalı yaşayır.