#qaz idxalı

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 162,6 milyon ABŞ dolları dəyərində 1,422 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycandan sözügedən ölkəyə təbii qaz (qaz halında) ixracı dəyər ifadəsində 11,6 milyon ABŞ dolları və ya 7,7 faiz artıb, həcm baxımından isə 92 milyon kubmetr və ya 6,9 faiz çoxalıb.

Avropa İttifaqına (Aİ) üzv dövlətlər Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qazın (LNG) idxalına 2028-ci ilin əvvəllərindən tamamilə son qoyulması planına dəstək verib. Lüksemburqda keçirilən enerji nazirlərinin iclasında üzv ölkələr Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılmasına dair qaydalar üzərində razılığa gəliblər.

Türkiyə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Türkiyənin milli enerji şirkəti BOTAŞ ilə BP arasında yeni qaz təchizatı müqaviləsinin imzalandığını açıqlayıb. Nazirin verdiyi məlumata görə, 3 il müddətinə qüvvədə olacaq müqavilə çərçivəsində illik təxminən 1,6 milyard kubmetr, ümumilikdə isə 4,8 milyard kubmetr təbii qaz Türkiyəyə idxal ediləcək.

İyul ayında Türkiyədə ümumi neft hasilatı 4 milyon barel, təbii qaz hasilatı isə 288 milyon kubmetr təşkil edib. Bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, həm neft, həm də qaz hasilatı fasiləsiz davam etdirilir. Bu dövrdə neft ekvivalenti ilə birlikdə ümumi hasilat 5,7 milyon barelə çatıb.