#MİT rəhbəri və Hamas Qəzza Sülh Planının detallarını müzakirə ediblər

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Ankara şəhərində HƏMAS Siyasi Bürosunun Danışıqlar Heyətinin rəhbəri Xəlil əl-Hayya və onu müşayiət edən nümayəndə heyəti ilə bir araya gəlib. Görüş zamanı Qəzzadakı son vəziyyət, İsrailin davam edən hücumları və bölgədəki kəskin humanitar böhranın aradan qaldırılması yolları diqqət mərkəzində olub.