Qətər ABŞ və İranı anlaşma memorandumunun müddəalarını icra etməyə çağırıb. Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani Hörmüz boğazında naviqasiya azadlığının təmin edilməsinin vacibliyini qeyd edib. Bu çağırış Dohada Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband ilə keçirilən görüş zamanı səsləndirilib. Qətər dialoqun davam etdirilməsini və öhdəliklərin yerinə yetirilməsini dəstəklədiyini bildirib. Rəsmi Doha bunun regional təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb. Görüşdə bölgədə gərginliyin azaldılması və davamlı sülh məsələləri də müzakirə olunub. Qətər diplomatik həll yollarını dəstəklədiyini bir daha bəyan edib.
#naviqasiya azadlığı
NATO baş katibi Mark Rutte Hörmüz boğazında təhlükəsizliyin qorunmasının vacibliyini vurğulayaraq İranı naviqasiya azadlığına qarşı fəaliyyətlərdə ittiham edib. O bildirib ki, strateji su yollarının açıq qalması və beynəlxalq tranzitin təmin olunması üçün dövlətlər arasında koordinasiyalı əməkdaşlıq zəruridir.
Beynəlxalq Dəniz Təşkilatı (IMO) Hörmüz boğazından gəmilərin təhlükəsiz və sərbəst keçidini təmin etmək üçün diplomatik səylərini gücləndirib. Təşkilatın Baş katibi "Bloomberg" agentliyinə verdiyi müsahibədə bildirib ki, İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiq etməsinə icazə verilməsi dünya dənizçilik tarixində təhlükəli bir presedent yarada bilər. O vurğulayıb ki, beynəlxalq sularda naviqasiya azadlığı qorunmalı və kommersiya gəmilərinin hərəkətinə qanunsuz məhdudiyyətlər qoyulmamalıdır.
ABŞ Prezidenti Donald Trampın İran rəhbərliyinə çərşənbə axşamına qədər vaxt qoyaraq, Hörmüz boğazı açılmayacağı təqdirdə ölkənin bütün elektrik stansiyalarının və körpülərinin məhv ediləcəyini bəyan etməsi fonunda BMT Təhlükəsizlik Şurası strateji əhəmiyyətli su yolunun yenidən açılması üçün Rusiya və Çinin etirazları ilə mətni iki dəfə yumşaldılmış qərar layihəsini bu gün səsverməyə çıxarır.
ABŞ Dövlət katibi Marko Rubio "ABC" telekanalına verdiyi müsahibədə rəsmi Vaşinqtonun Hörmüz boğazındakı naviqasiya azadlığı və İranla davam edən diplomatik təmaslarla bağlı qətiyyətli mövqeyini açıqlayıb.
Belçika hökuməti qlobal enerji təhlükəsizliyi üçün kritik əhəmiyyət kəsb edən Hörmüz boğazında naviqasiya azadlığını təmin etmək məqsədilə yaradılan beynəlxalq koalisiyada iştirak edəcəyini bəyan edib.