#Netanyahu əməliyyatların genişləndirilməsini əmr etdi

İsrailin baş naziri Benyamin Netanyahu ordunun Livanın cənubunda həyata keçirdiyi əməliyyatların genişləndirilməsi ilə bağlı göstəriş verdiyini bəyan edib. Netanyahu çıxışında Livanın cənubunda “təhlükəsizlik zonası” adı altında nəzarətin genişləndirilməsi barədə qərar qəbul edildiyini bildirib. O, İsrailin şimal istiqamətində vəziyyəti “əsaslı şəkildə dəyişdirmək” niyyətində olduğunu vurğulayıb.