#Yaxın Şərqdə gərginlik: İslamabad görüşünün əsas nəticələri açıqlanıb

Misir Xarici İşlər Nazirliyi İslamabadda keçirilən yüksək səviyyəli dördtərəfli görüşlə bağlı rəsmi açıqlama yayıb və regionda hərbi eskalasiyanın qarşısının alınması üçün diplomatik addımların vacibliyini vurğulayıb. Bəyanatda görüşün əsas məqsədinin regionda artan hərbi gərginliyin azaldılması və diplomatik kanalların yenidən aktivləşdirilməsi olduğu bildirilib. Görüş çərçivəsində tərəflər üç əsas istiqamət üzrə müzakirələr aparıblar.