#Netanyahunun siyasi oyunu - Türkiyə XİN rəhbəri STRATCOM-da danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən STRATCOM 2026 beynəlxalq sammitindəki çıxışında Yaxın Şərqdəki gərginliklə bağlı kəskin xəbərdarlıqlar edib. Hakan Fidan qeyd edib ki, hazırkı eskalasiya İsrailin ekspansionist siyasəti və Benyamin Netanyahunun siyasi sağ qalma cəhdləri üzərində qurulub. "Bu, İsrailin seçdiyi müharibə ola bilər, lakin bədəlini bütün dünya ödəyir", - deyə nazir vurğulayıb. O, həmçinin İranın Körfəz ölkələrinə təsir edən addımlarının da riskli olduğunu və Türkiyənin region dövlətlərini dağıdıcı münaqişəyə sürükləyən istənilən ssenarini rədd etdiyini diqqətə çatdırıb.