#İordaniya səmalarında gərginlik: İranın hücumları dəf olundu

Məlumata görə, müharibənin başlanğıcından bu yana İran İordaniya istiqamətinə ümumilikdə 262 raket və PUA atıb. Kral Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində həmin hədəflərin 242-si havada zərərsizləşdirilib, 20-si isə ölkə ərazisinə düşüb. Təkcə müharibənin dördüncü həftəsində Krallıq ərazisinə doğru 22 raket atıldığı, onlardan 20-nin məhv edildiyi, 2-nin isə ölkənin şərq hissəsinə düşdüyü bildirilir.