#Yaxın Şərqdə gərginlik pik həddə: ABŞ hərbçiləri ağır yaralanıb

İranın Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" aviabazasına təşkil etdiyi hərbi hücum nəticəsində 15 ABŞ hərbçisi yaralanıb. ABŞ rəsmilərinin verdiyi məlumata əsasən, cümə günü baş tutan hücum zamanı İran tərəfi bazaya 6 ballistik raket və 29 pilotsuz uçuş aparatı (PUA) atıb. Raket zərbələri nəticəsində hərbçilərin olduğu bina ilə yanaşı, bazadakı bir neçə yanacaqdoldurma təyyarəsinə də ciddi ziyan dəyib.