İranın Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" aviabazasına təşkil etdiyi hərbi hücum nəticəsində 15 ABŞ hərbçisi yaralanıb. ABŞ rəsmilərinin verdiyi məlumata əsasən, cümə günü baş tutan hücum zamanı İran tərəfi bazaya 6 ballistik raket və 29 pilotsuz uçuş aparatı (PUA) atıb. Raket zərbələri nəticəsində hərbçilərin olduğu bina ilə yanaşı, bazadakı bir neçə yanacaqdoldurma təyyarəsinə də ciddi ziyan dəyib.