#Trampın Atəşkəs planı İsraili hərəkətə keçirdi: Netanyahu ordudan son zərbəni tələb edir.

İsrailin siyasi və hərbi dairələrində ABŞ Prezidenti Donald Trampın İran rejiminin danışıqlar masasına oturması və Hörmüz boğazının açılması üçün verdiyi beş günlük möhlətin sonunda müvəqqəti atəşkəs elan edəcəyi barədə gözləntilər kəskin artıb. İsrailin "Kanal 12" televiziyasının yaydığı məlumata görə, rəsmi Təl-Əviv Vaşinqtonun "əyləcə basmasından" əvvəl hərbi nailiyyətləri maksimuma çatdırmaq üçün strateji hədəflər siyahısını yeniləyib.