#Channel 12: Donald Tramp bu şənbə günü İranda atəşkəs elan edə bilər.

İsrailin nüfuzlu "Channel 12" telekanalı hökumət dairələrindəki mənbələrinə istinadən xəbər verir ki, rəsmi Təl-Əviv ABŞ Prezidenti Donald Trampın gələn şənbə gününə qədər İranda atəşkəs elan edəcəyi ehtimalına qarşı ciddi hazırlıq görür. Bu xəbər regionda 28 fevraldan bəri davam edən genişmiqyaslı müharibənin gedişatında kəskin dönüş nöqtəsi kimi qiymətləndirilir.