#Bakı Marafonu 2026

Bu gün saat 10:00-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə start götürən "Bakı Marafonu 2026"nunda yarış başa çatıb. Bir qədər sonra Sea Breeze ərazisindəki finiş zonasındada qaliblərin mükafatlandırılması mərasimi olacaq.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu gün keçirilən "Bakı Marafonu 2026" yalnız idman hadisəsi kimi deyil, həm də genişmiqyaslı əyləncə proqramı kimi yadda qalacaq. Bu il "Bakı Marafonu 2026"da idmanla böyük şəhər bayramı arasındakı sərhədi açıq şəkildə aradan qaldırmağa qərar verilib — və miqyasına baxsaq, buna nail olunub.

Bir qədər sonra paytaxtda Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan "Bakı Marafonu 2026"ya start veriləcək. Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə vətəndaşları da qələbə uğrunda yarışır. Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də iştirak edir. Marafona səhər saat 10-da start verilsə də, saat 7-dən etibarən Bayraq Meydanında artıq yarış əhvali-ruhiyyəsi yaşanıb. Burada təşkil olunan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl yoqa, isinmə məşqləri keçirilib, "fan zona"da DJ-lər, müxtəlif əyləncə və interaktiv oyunlar təşkil edilib. Sayca doqquzuncu dəfə keçirilən "Bakı Marafonu" ilk dəfə 42 kilometr tam məsafədə təşkil olunur. Yarış Dövlət Bayrağı Meydanından start götürüb və iştirakçılar müəyyən edilmiş marşrut üzrə "Sea Breeze" ərazisində finiş xəttinə çatacaqlar.

Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Bakı Marafonu 2026”ya qeydiyyat davam edir. 42 km-lik tam marafona qoşulmaq istəyənlər aprelin 25-dək www.marathon.az saytından və ya 28 Mall, Dəniz Mall, Gənclik Mall ticarət mərkəzlərindəki məntəqələrdə qeydiyyatdan keçə bilərlər. Tələbələr üçün qeydiyyat pulsuzdur.