#Körfəz müharibəsi 2026: 3500 raketin dəyişdirdiyi strateji balans

Sorğunun nəticələrinə görə, respondentlərin yalnız 28 faizi bu addımı doğru hesab etdiyini bildirib. İsrail ictimaiyyətində Trampın bu qərarına qarşı yaranan narazılıq, Tehranın vaxt qazanması və regional gərginliyin qeyri-müəyyən qalması ilə bağlı narahatlıqlardan qaynaqlanır. Bir çox israilli İranın bu müddət ərzində öz qüvvələrini yenidən qruplaşdırmasından və əks-hücuma hazırlaşmasından ehtiyat edir.

ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrini müasir tarixlərinin ən həssas geosiyasi sınağı ilə üz-üzə qoyub. Hazırda davam edən "Dördüncü Körfəz müharibəsi" sadəcə növbəti gərginlik mərhələsi deyil, həm də mövcud regional təhlükəsizlik strukturunu kökündən sarsıdan bir prosesdir.