#Donald Tramp: NATO-nun gələcəyi Hörmüz boğazı məsələsindən asılı ola bilər

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılması üçün Vaşinqtona dəstək verilməyəcəyi təqdirdə NATO-nun gələcəyinin təhlükə altına düşə biləcəyini bildirib. Donald Tramp martın 16-da “Financial Times” nəşrinə müsahibəsində bildirib ki, ABŞ müttəfiqləri Hörmüz boğazının açılması üçün kömək göstərməsələr, bu, NATO-nun gələcəyi üçün “çox pis” nəticələr yarada bilər. Onun sözlərinə görə, ABŞ Ukraynaya Rusiya ilə müharibədə yardım etdiyi kimi, Avropa ölkələri də Hörmüz boğazı məsələsində fəal dəstək verməlidir.