#Tramp İranın razılaşma istədiyini bildirib

Donald Tramp sosial şəbəkədə paylaşım edərək İranın ABŞ və İsrail tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəticəsində “tam məğlub edildiyini” iddia edib. Onun sözlərinə görə, Tehran hazırda razılaşma əldə etmək istəyir, lakin ABŞ administrasiyasının qəbul etməyəcəyi şərtlər irəli sürür. Tramp bildirib ki, ABŞ Silahlı Qüvvələrinin İran ərazisində həyata keçirdiyi əməliyyatlar geniş miqyaslı olub. ABŞ liderinin sözlərinə görə, Vaşinqton İranın əsas neft mərkəzlərindən biri hesab edilən Xarq adasında yerləşən hərbi obyektlərə zərbələr endirib.