#Regional vergi orqanları rəhbərləri Daşkənddə bir araya gəldi

Əsas mövzusu “Kölgə iqtisadiyyatı” ilə mübarizə” olan Forum vergi orqanlarının bu sahədə təcrübə mübadiləsinə töhfə verməyi hədəfləyib. Texniki sessiyalar çərçivəsində vergiqoyma sahəsində qlobal trendlər, transfer qiymətləri, vergi inzibatçılığının rəqəmsallaşdırılması, vergidən yayınma ilə mübarizə üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, vergi və gömrük administrasiyaları arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub.