#Tramp: İranın nüvə silahı əldə etməsinin qarşısını almaq əsas prioritetdir

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almağın Vaşinqton üçün neft qiymətlərinin səviyyəsindən daha mühüm məsələ olduğunu bildirib. Donald Tramp sosial şəbəkədə etdiyi paylaşımda ABŞ-ın dünyanın ən böyük neft istehsalçısı olduğunu vurğulayaraq, neft qiymətlərinin artmasının ölkə iqtisadiyyatı üçün maliyyə baxımından fayda gətirə biləcəyini qeyd edib.