Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) geotermal layihələrin hazırlanması üçün tərəfdaşlar axtarır. Bunu bu gün Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransında "Enerji infrastrukturu və enerji gələcəyinə kapital axını" mövzusunda panel müzakirəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev bildirib."Regionda ilk dəfə olaraq enerji resurslarının işlənməsinin qeyri-ənənəvi metodlarını araşdırmaqda maraqlıyıq. Buna görə də ExxonMobile ilə birlikdə həm hidravlik qırılma, həm də qeyri-hidravlik qırılmanı araşdırırıq. Beləliklə, ölkə ərazisinin təxminən 20%-i Exxon ilə əməkdaşlıq çərçivəsində bu tip layihələrlə əhatə olunacaq. Quruda mütəxəssislərlə birlikdə hidravlik qırılma və qeyri-hidravlik qırılmanı öyrənirik. Müəyyən ekoloji problemlərin fərqindəyik. Bu ekoloji problemləri də həll edə bilərik. Onlara ideya və texnologiyalar təqdim etməyə davam edəcəyik", o deyib.