#Ken Miles

Filmoskop rubrikasında bu dəfə motor səslərinin və adrenalin dolu döngələrin hakim olduğu, avtomobil dünyasının ən böyük rəqabətlərindən birini ekrana daşıyan "Ford v Ferrari" (Le-Man 66) filmini linza altına alırıq. Rejissor Ceyms Menqoldun bu möhtəşəm işi sadəcə yarış həvəskarları üçün deyil, dostluq və korporativ maneələrə qarşı mübarizə haqqında dərin bir dramdır.