#Vaşinqton İran münaqişəsinin son mərhələyə çatdığını bildirir

ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla davam edən müharibə demək olar ki, tamamlanmaq üzrədir və hərbi əməliyyatların yaxın vaxtlarda sona çata biləcəyi ehtimal olunur. Tramp bu barədə CBS telekanalına açıqlamasında danışıb. Onun sözlərinə görə, mövcud vəziyyət göstərir ki, müharibə böyük ölçüdə başa çatıb və qarşı tərəfin hərbi imkanları ciddi şəkildə zəiflədilib.