Filmoskop rubrikasında bu dəfə təbiətsevərləri və adrenalin həvəskarlarını sevindirəcək bir ekran işini — National Geographic-in ulduzu, məşhur sənədli film rejissoru və fotoqraf Berti Qreqorinin "Sharks Up Close with Bertie Gregory" (Berti Qreqori ilə köpəkbalıqlarına yaxından baxış) layihəsini təhlil edirik. Bu sənədli film okeanın ən qorxulu və eyni zamanda ən çox yanlış anlaşılan canlılarının gizli dünyasını heç vaxt görmədiyimiz qədər yaxından göstərir.