Avropa İttifaqının diplomatik xidməti Livan ordusu və polisinə üç illik təlim və məsləhət missiyası təklif edib. Layihə sərhəd təhlükəsizliyinin gücləndirilməsi və dövlət nəzarətinin artırılmasını hədəfləyir. Plan sərhəd bölmələri, mobil qüvvələr və kəşfiyyat imkanlarının inkişafını nəzərdə tutur. Dəniz təhlükəsizliyi və liman idarəçiliyi də proqramın tərkibinə daxildir. Missiyanın başlaması üçün Aİ-nin 27 ölkəsinin razılığı tələb olunur.
#polis
Polis əməkdaşının əməyinin ödənilməsi qaydalarında dəyişiklik edilib. Mövcud qanunvericiliyə görə, polis əməkdaşının əməkhaqqı onun vəzifəsi, xüsusi rütbəsi, xidmət illəri nəzərə alınmaqla müəyyənləşdirilən əsas maaşdan, habelə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməyə görə qanunvericiliyə müvafiq surətdə müəyyənləşdirilən əlavə haqqlardan ibarətdir. Polis əməkdaşına xidmət şəraitinə görə əlavə haqlar, birdəfəlik müavinətlər və başqa ödənişlər verilir.
İzmirin Balçaova bölgəsində polis bölməsinə hücum nəticəsində 2 polis şəhid olub, 1 polis əməkdaşı yaralanıb. Hücumun 16 yaşlı gənc tərəfindən törədildiyi bildirilir. Bu gün səhər saatlarında Balçova rayonunda Salih İşgören Polis İdarəsinə hücum edilib. Ov tüfəngi ilə silahlanmış 16 yaşlı yeniyetmə tərəfindən həyata keçirilən hücumda 2 polis əməkdaşı həlak olub, biri isə ağır yaralanıb. Hadisə yerində araşdırmalar davam etdirilir.
İstintaq zamanı şübhəlilərin iş yerlərinə silahlı hücum, təhdid, yağma, qəsdən yaralama, qanunsuz silah istehsalı və qaçaqmalçılıq kimi cinayətlərdə iştirak etdiyi müəyyən edilib. Bundan əlavə, saxlanılanlardan bir neçəsinin Ataşehir rayonunda bir gözəllik mərkəzinə qarşı hücum planlaşdırdığı da məlum olub.
Təl-Əvivdə Qəzza müharibəsinin davam etməsinə qarşı və girovların azad olunması tələbi ilə keçirilən etiraz aksiyasının iştirakçısı saxlanılıb. İsrail Polisinin verdiyi məlumata görə, onun üzərindən tüstü qumbarası götürülüb. Bundan əlavə, bir neçə nümayişçiyə avtomobil yolunu bağlayaraq hərəkətə mane olduqları üçün cərimə yazıldığı bildirilib. Polis bəyan edib ki, “əsas etiraz yerlərində ictimai asayişin pozulmasına yol verməmək üçün gücləndirilmiş rejimdə fəaliyyət göstərir”.
Böyük Britaniyada "Palestine Action" təşkilatının qadağan olunmasına qarşı keçirilən etiraz aksiyalarında 100-dən çox nümayişçi saxlanılıb.
İyunun 25-də bütün Keniyanı bürüyən etiraz aksiyaları zamanı təxminən 300 polis əməkdaşı xəsarət alıb. Bundan əlavə, beş ədəd odlu silah oğurlanıb.