Rosatom yaxın həftələr ərzində İranın Buşehr Atom Elektrik Stansiyasına əməkdaşlarını geri qaytarmaq niyyətindədir; stansiyada iki yeni enerji bloku layihəsi davam edir və fevral müharibəsindən sonra çıxarılan işçilər yenidən əraziyə qayıda bilər.
#Regional enerji təhlükəsizliyi
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi krallığın strateji enerji infrastrukturuna qarşı planlaşdırılan hücumun qarşısının alındığını elan edib. VOA xəbər verir ki, Nazirliyin rəsmi sözçüsü tərəfindən verilən bəyanatda bildirilir ki, ölkənin cənub-şərqində yerləşən nəhəng Şeyba neft yatağını hədəf alan 4 pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən vaxtında aşkar edilərək Rübül-Xali səhrası üzərində zərərsizləşdirilib.