Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə işgüzar görüş keçirib. Görüşdə Azərbaycan ilə bp arasında uzunmüddətli səmərəli tərəfdaşlıq və enerji sektorunun gələcək inkişaf perspektivləri müzakirə olunub.