#yanğınsöndürən

Bursanın Harmancık bölgəsində baş verən meşə yanğınını törətməkdə şübhəli bilinən 30 yaşlı Ufuk Aytekin, "qəsdən yandırma" ittihamı ilə məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Yanğınlarla bağlı aparılan istintaq çərçivəsində saxlanılan Ufuk Aytekinin daha əvvəl FETÖ ilə əlaqəsinə görə haqqında hüquqi tədbirlər görülüb.

AzerVoice xəbər verir ki, Adanada gecə saat 12:00 radələrində meşə yanğını baş verib. Yanğının söndürülməsi üçün havadan və qurudan yanğınsöndürmə işləri aparılır.