#fırıldaqçılıq

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mərkəzi Bankı ölkədə fəaliyyət göstərən bütün maliyyə institutlarına müştərilərdən həssas sənədlərin və fərdi məlumatların "WhatsApp" və digər qeyri-rəsmi mesajlaşma tətbiqləri vasitəsilə toplanmasını rəsmən qadağan edib. Bu addım kibercinayətkarlıqla mübarizə və müştəri məlumatlarının qorunması məqsədilə atılmış strateji bir qərardır.

ABŞ Prezidenti Donald Tramp ölkədəki seçkiləri "fırıldaqçılıq" adlandıraraq, mövcud sistemin bütün dünyada alay mövzusuna çevrildiyini iddia edib. O, seçki prosesinin şəffaflığını təmin etmək üçün səsvermə zamanı seçici şəxsiyyət vəsiqəsinin və vətəndaşlıq sənədinin təqdim edilməsinin məcburi olmasını tələb edib.

Daxili işlər naziri Ali Yerlikaya jandarma tərəfindən “qanunsuz mərc oyunları və ağır fırıldaqçılıq” cinayətlərinə qarşı aparılan əməliyyatlarda 2 milyard türk lirəsi əməliyyat həcmi ilə 34 şübhəlinin tutulduğunu açıqlayıb. Onlardan 29-u həbs edilib, 5-i barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub. Nazirin sözlərinə görə, şübhəlilərin sosial şəbəkələrdə saxta “motosiklet, televizor, konteyner” elanları ilə vətəndaşları aldatdıqları, qanunsuz mərc oyunlarına şərait yaratdıqları, internet üzərindən pul köçürmələrinə imkan verdikləri və “kriptovalyuta ilə gəlir” vədləri ilə dələduzluq etdikləri müəyyən edilib. Əməliyyatlar Uşak, İzmir, Qaziantep, Kayseri, Yozgat, Şanlıurfa ilə yanaşı, Hatay, Adana, Ankara, Antalya, İstanbul, Bitlis, Nevşehir, Sakarya, Mersin və Bartın vilayətlərində keçirilib.

Diyarbakır İl Təhlükəsizlik Müdirliyi Asayiş Şöbəsinin Dələduzluq Bürosu tərəfindən aparılan istintaq zamanı şübhəlilərin internet üzərindən mobil telefon satışı ilə bağlı alqı-satqı elanlarını manipulyasiya edərək həm satıcıları, həm də alıcıları aldadaraq ümumilikdə 106 milyon lirə qazanc əldə etdikləri müəyyən edilib. Polis, “Qancaq” adlı əməliyyat çərçivəsində 14 şübhəlini saxlayıb. Onlardan 12-si məhkəmə qərarı ilə həbs edilib, 2 nəfər isə səyahət qadağası ilə azadlığa buraxılıb.