İsrail Tehrana qarşı yeni genişmiqyaslı hücuma başlayıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. "İsrail Müdafiə Qüvvələri Tehranın mərkəzinə bir sıra hava hücumları həyata keçiriblər", - deyə bildirilib. Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.