#Pezeşkiyan vəzifəsini icra etməyə davam edir

İranın rəsmi İRNA agentliyi Prezident Administrasiyasındakı məlumatlı mənbəyə istinadən Prezident Məsud Pezeşkiyanın təhlükəsizlikdə olduğunu və səhhətinin problem olmadığını açıqlayıb. Məlumatda qeyd olunub ki, ölkədə baş verən hərbi gərginlik və strateji obyektlərə endirilən zərbələr fonunda dövlət başçısının statusu ilə bağlı yaranan suallara cavab olaraq bu açıqlama verilib.