#Keçmiş polisdən qlobal terrora: Servantesin qanlı yolu bitdi

Meksika xüsusi xidmət orqanlarının həyata keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində dünyanın ən təhlükəli narkobaronu Nemesio Oseguera Servantes öldürülüb. On ildən artıqdır ki, beynəlxalq axtarışda olan və "Halisko Yeni Nəsil" (CJNG) kartelinin qurucusu, "El Mencho" ləqəbli Nemesio Oseguera Servantes 22 fevral 2026-cı il tarixinə keçən gecə Meksikanın Tapalpa dağlarında keçirilən qanlı əməliyyat zamanı məhv edilib. Meksika təhlükəsizlik qüvvələrinin məlumatına görə, əməliyyat "El Mencho"nun böyrək çatışmazlığından müalicə aldığı gizli dağ xəstəxanasında, sevgilisinin vasitəsilə qurulan kəşfiyyat tələsi nəticəsində baş tutub. Toqquşmalar zamanı ağır yaralanan 60 yaşlı narkobaron helikopterlə təxliyə edilərkən yolda keçinib.